"Marvel"in ulduzu rollarını itirdi

"Marvel"in ulduzu rollarını itirdi
604 dəfə oxunub
  • A-
  • A
  • A+

"Marvell"in ulduzu Conatan Meyjors təklif aldığı filmlərdəki rollarını itirib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, "Entertainment 360" şirkəti onunla olan müqaviləsini ləğv edib. Bununla yanaşı, müxtəlif layihələrin menecerləri hazırda həbsdə olan aktyorla işləməkdən imtina ediblər.

Bu qərara səbəb isə ulduzun adının son vaxtlar məişət zorakılığında hallanması olub.

Qeyd edə ki, martın sonunda Mayjors Nyu-Yorkda 30 yaşlı qadına hücum etməkdə ittiham edilərək saxlanılmışdı. 

Conatanın sözçüsü bütün ittihamları rədd edərək məsələnin araşdırılacağını bildirmişdi.