Rusiyada məşhurlaşan azərbaycanlı reper Aleksandr Əliyev (HammAli) polisə müraciət edib.
Axşam.az xəbər verir ki, buna səbəb reperin qadın fanatı tərəfindən təqiblərə məruz qalması olub. O, bu barədə rus mediasına verdiyi müsahibədə deyib.
"Nadir də olsa belə hallar yaşanır: qadınlar narahat edir, bəzi mesajlar yazır, şəxsi məkanıma girməyə çalışır, yaşadığım binanın yaxınlığında gözləyirlər. Bu, xoşagəlməz hallardır. Razılığım olmadan kiminsə diqqətimi çəkməyə çalışmasından xoşlanmıram" deyə, o açıqlayıb.
HammAli artıq həmin şəxsin hədə-qorxu ilə onun diqqətini cəlb etməyə çalışdığını bildirib:
“Təhdidlər almağa başladım. Bu səbəbdən də polisə ərizə yazdım. Onlar bunu həll edəcəklər deyə, ümid edirəm".
Reper pərəstişkarlarının onunla ünsiyyətdə olmaq istədiyini anladığını, lakin məsafə saxlamağa diqqət etdiyini əlavə edib.