"Alatoranlıq" yenidən çəkilir

"Alatoranlıq" yenidən çəkilir
617 dəfə oxunub
  • A-
  • A
  • A+

"Alatoranlıq" film seriyası serial olacaq.

Axşam.az xəbər verir ki, serial "Lionsgate Television" kinostudiyası tərəfindən roman əsasında lentə alınacaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb.

Bildirilib ki, artıq layihə üzərində işlər başlayıb, lakin hələ ilkin mərhələdədir. Serialın çəkilişlərində kitabın yazarı Stefani Mayer də iştirak edəcək.

Qeyd edək ki, kitab əsasında 2008-2012-ci illər ərzində 5 bölümdən ibarət film seriyası çəkilib. Ekran işində baş rolları Kristen Stüart və Robert Pattinson ifa ediblər.