Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli aktyor Kadir Doğulunun aktrisa həyat yoldaşı Neslihan Atagülə xəyanət etdiyi anın görüntüləri yayılıb.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı yeni iddialar ortaya çıxıb. "2. sayfa" proramının məlumatına görə, Kadir videodakı adı "S" hərfi ilə başlayan xanımla uzun müddətdir münasibətdədir.
Hətta aktyor onun üçün ayrıca ev alıb və kəbini var. Maraqlı məqamlardan biri isə Neslihanın da bundan xəbərdar olmasıdır. Verilişin digər bir iddiası isə elçilik marasimində aktrisanın da olmasıdır.
Qeyd edək ki, Kadir Doğulu ilə Neslihan Atagül 7 ildir evlidir.