Brüs Uillis baba oldu - Foto

Brüs Uillis baba oldu - Foto
894 dəfə oxunub
  • A-
  • A
  • A+

Afaziya diaqnozu qoyulduğu üçün karyerasını bitirən aktyor Brüs Uillis baba olub.

Axşam.az xəbər verir ki, bu barədə Brüsün böyük qızı, Rumer Uillis sosial media hesabında paylaşım edib. O, qızının olduğunu və adını Luetta Isli Tomas Uillis qoyduqlarını açıqlayıb.

Qeyd edək ki, Rumer aktyorun keçmiş həyat yoldaşı, aktrisa Demi Murdan olan qızıdır. Onun ümumilikdə beş qız övladı var.