"Qocalara burada yer yoxdur" romanının yazarı vəfat etdi

"Qocalara burada yer yoxdur" romanının yazarı vəfat etdi
473 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı yazıçı, dramaturq və ssenarist, “Qocalara burada yer yoxdur” romanının müəllifi Kormak Makkarti vəfat edib.

Axşam.az xəbər verir ki, yazar 89 yaşında Nyu-Meksikodakı evində təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, 1965-ci ildə Makkartinin ilk romanı - "Bağ keşikçisi" nəşr olunub. 2005-ci ildə onun ən məşhur kitablarından biri olan "Qocalara burada yer yoxdur" satışa buraxılıb. O, 2007-ci ildə "Yol" post-apokaliptik romanına görə "Pulitzer" mükafatı alıb. Elə həmin il onun “Qocalara burada yer yoxdur” kitabı əsasında film nümayiş olunub. Film dörd "Oskar" qazanıb. Onun "Yol", "Tanrının uşağı" kimi kitabları da ekranlaşdırılıb. Hazırda Makkartinin "Qan meridianı" kitabı əsasında film çəkilişləri aparılır.

Onun 1985-ci ildə nəşr olunan "Qan meridianı" romanı "Time" jurnalı tərəfindən "1923-2005-ci illər arasında ingilis dilində nəşr olunmuş 100 ən yaxşı kitab" siyahısına daxil edilmişdir. O, şəxsi həyatını gizli saxlayır, demək olar müsahibə vermirdi.