"Astral səyahətlə zəlzələni görmüşdüm"

"Astral səyahətlə zəlzələni görmüşdüm"
2120 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Yusuf Güney "Survivor" yarışmasından öz istəyi ilə ayrılmasının səbəbini açıqlayıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Türkiyədə zəlzələnin olacağını öncədən bildiyi üçün bu addımı atdığını deyib:

"Dostlarıma zəlzələnin olacağını bildirmişdim. Mən getməliyəm, burada dayana bilmirəm, demişdim. Yuxumda etdiyim astral səyahətlərdə zəlzələni birə-bir görmüşdüm. Qala bilmədim. Final kürsüsündə oturmağı çox istədim, hörmət ediləcək bir mübarizədir. Səmimi deyirəm dəlilikdir".