Al Paçinonun dördüncü övladı oldu

Al Paçinonun dördüncü övladı oldu
1015 dəfə oxunub
  • A-
  • A
  • A+

83 yaşlı Hollivud ulduzu Al Paçinonun dördüncü övladı dünyaya gəlib.

Axşam.az xəbər verir ki, aktyorla özündən 54 yaş kiçik prodüser sevgilisi Nur Əlfallanın körpəsi bu gün doğulub.

Uşağın cinsiyyəti isə hələlik bəlli deyil.

Qeyd edək ki, ötən ilin aprelindən Nurla eşq yaşayan aktyor üçün hamiləlik xəbəri sürpriz olmuşdu. O, yaşı və səhhətindəki problemlərlə əlaqədar sevgilisindən DNT analizi tələb etmişdi. Buna razılıq verən Nur testi vermiş və körpənin atasının Al Paçino olduğu üzə çıxmışdı.