Yayımlandığı gündən adı qalmaqallarda hallanan "Kızılcık şerbeti" serialı ilə bağlı növbəti idda ortaya çıxıb.
Axşam.az xəbər verir ki, ekran işində "Fatih" obrazına həyat verən aktyor Doğukan Güngörün geyiminin üzərində filtirdən istifadə edilməsi müzakirələrə səbəb olub. Belə ki. izləyicilərdən biri serialın 28-ci bölümündə sözügedən geyimin üzərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şəklinin olduğunu iddia edərək onun üzərinin bağlandığını deyib.
Məsələ ilə bağlı açıqlama yayan yayım şirkəti isə kostyumun üzərində geyim nişanı olduğunu və "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) qaydalarına görə emblemin bağlanıldığı bildirilib.
Qeyd edək ki, ekran işinin baş rollarını Doğukan Güngörlə Sıla Türkoğlu canlandırır.
Daha əvvəl serialda qadına şiddət, dini mövzularda ekranlaşdırılan kadrlar müzakirələrə səbəb olmuşdu. Bunun ardınca RTÜK serialın 5 həftə yayımını əngəlləyib və 1,5 milyon lirə məbləğində cərimə edib. Telekanal isə qərarla bağlı məhkəməyə müraciət ünvanlamışdı. Bundan sonra qadağa ləğv olunmuşdu.
