Türkiyəli fenomen Şeyma Subaşı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, fenomen misirli həyat yoldaşı, iş adamı Mohammed Alsaloussi və qızı Melisa ilə şəkillərini izləyiciləri bölüşüb. O, paylaşımında Mohammedi doğum günü münasibəti ilə təbrik edib.
Fotolarda Şeymanın qarnı hamilə olması ilə bağlı iddiaların yaranmasına səbəb olub. O, ikinci övladı olacağı ilə bağlı sualları cavabsız qoyub. Bundan başqa, Mohammed də həmin fotonu paylaşaraq Şeymanın qarnını uşaq emojisi ilə örtüb.
Qeyd edək ki, Şeyma "TV 8" kanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşıdır.