Bu kadrlar "Camdaki kız"ın finalından çıxarılıb - Video

Bu kadrlar "Camdaki kız"ın finalından çıxarılıb - Video
8366 dəfə oxunub
  • A-
  • A
  • A+

"Camdaki kız" serialı ötən gün final edib.

Axşam.az xəbər verir ki, ekran işinin ssenaristi Seda Altaylı Turqutlu layihənin finalına edilən dəyişikliyi tənqid edib. Bu barədə o, sosial media paylaşımında yazıb.

"O qədər əmək verilib çəkilən, amma çıxarılan toy kadrına rəğmən yaxşı final idi. Toy kadrlarını heç kimə soruşmadan çıxarana ağıl diləyirəm. Birinciliyimizi qeyd edək" deyə, o bildirib.

Qeyd edək ki, serialın finalı ilə bağlı fraqmanda baş rol ifaçılarının toy kadrları yer alsa da, son bölümdə onlardan istifadə olunmayıb. Belə ki, final bölümündə evlilik təklifinin ardından birbaşa 1 ilin ötdüyü və xoşbəxt ailə kadrları təqdim edilib.