79 yaşlı aktrisa Nebahat Çehre seriallın çəkilişi zamanı gənc nəsillə yaşadığı anlaşmazlıq barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa çəkiliş zamanı telefonun istifadə edilməsini gənclərə qadağa etdiyini deyib:
"Kamera qarşısında olduğun zaman telefon yanında olmamalıdır. Çünki səssizdə olsa belə, titrəşim olur. Ya o rolundan çıxa bilər, ya da mənə təsir edər. Hamısı qızım kimidir, onalarla görüşürəm. Üzr də istəyirəm, sizə zərər verir deyirəm. Biz "Yeşilçam"da nəfəs ala bilmirdik, öskürə bilmirdik ki, rejissor nə deyər. Ona görə yeni nəsli bir az incitmişəm".