"Yalı çapkını" serialının lentə alındığı eyni adlı kitabın müəllifi, psixoloq Gülseren Budayıcıoğlu ekran işinin finalı ilə bağlı sualları cavablayıb.
Axşam.az xəbər verir ki, o, bu sualı serialın baş rollarını canlandıran Afra Saraçoğlu ilə Mərt Ramazan Dəmirin də ona ünvanladığını bildirib:
"Son çəkiliş günü mən də Antepdə idim. "Ferit" və "Seyran"ı canlandıran aktyorlar da məndən soruşdular ki, bu qədər əziyyət çəkirik, finalda bizi bir araya gəticəksiniz? Dedim, o hələ bəlli deyil. Çünki imkan verin bu macəranın haraya qədər gedəcəyini izləyək".
G.Budayıcıoğlunun açıqlaması izləyicilər tərəfindən bəyənilməyib və onu buna görə tənqid ediblər.