Burakla Mərt ata və oğlu canlandıra bilər - 8 yaş fərq var

Burakla Mərt ata və oğlu canlandıra bilər - 8 yaş fərq var
1810 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktyor Mərt Yazıcıoğlunun yeni layihəsi bəlli olub.

Axşam.az xəbər verir ki, aktyor "Netflix"in "Berber" adlı yeni filmində rol alacaq. Ekran işi ilə bağlı maraqlı iddialardan biri isə layihədə Mərtin atasını aktyor Burak Özçivitin canlandıra biləcəyi ilə bağlıdır. Belə ki, aktyora obrazla bağlı təklifin təqdim olunduğu bildirilib. Çəkilişlərin iyulda başlaması gözlənilir.

Digər maraqlı məqam isə aktyorlar arasın 8 yaş fərqinin olmasıdır. Bu, Türkiyənin sosial media seqmentində müzakirələrə səbəb olub. Çoxu bunun uğursuz aktyor seçimi adlandırsa da, Mərtin yaşından az göstərdiyini deyənlər də az olmayıb.