Rusiyalı məşhur müğənni Slava (əsl adı Anastasiya Slanevskaya) yenidən xəstəxanaya yerləşdirilib.
Axşam.az xəbər verir ki, buna səbəb ifaçının uğursuz plastik əməliyyat keçirtməsi olub. Bu barədə o, sosial media hesabında paylaşım edib.
O, bir müddət əvvəl qollarının, qarnının, ayaqlarının, kürəyinin və çənəsinin liposaksiyası da daxil olmaqla bir neçə cərrahi müdaxiləyə müraciət edib. Slava açıqlamasında yenidən nəyisə düzəltməyə ehtiyac olduğunu vurğulayıb.
Qeyd edək ki, müğənni son 6 ildə o, ağır stres səbəbindən həddindən artıq çəki alıb və spirtli içkiqəbul edib. Arıqlamaq üçün baş vurduğu uğursuz cəhdlərdən sonra o, plastik cərraha müraciət edib.