Vaxt tükəndi, naməlum qırıqlar tapıldı...

Vaxt tükəndi, naməlum qırıqlar tapıldı...
5011 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-nin Sahil Mühafizəsinin şimal-şərq bölməsi cümə axşamı "Titanik"in batdığı yerin yaxınlığında Atlantik okeanının sularında itmiş sualtı "Titan" batiskafının axtarışı zonasında naməlum qırıqlar aşkar edib.

Axşam.az xəbər verir ki, qurum bu barədə Tvitterdə bildirib.

"Qırıntıların olduğu ərazi "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər komandanlıqla birlikdə bu məlumatı öyrənirlər", - məlumatda deyilir.

Qeyd edək ki, qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxıb. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, pilot və bələdçinin olduğu bildirilib. 

Xilasetmə işlərinə ABŞ, Kanada, Böyük Britaniya və Fransadan 10-a yaxın suüstü və sualtı gəmilər və təyyarələr cəlb olunub.

"Titan" batiskafının oksigen ehtiyatı Bakı vaxtı ilə saat 15:08-dən etibarən tamamilə tükənib. Yaxın dəqiqələrdə bununla bağlı mətbuata geniş açıqlama veriləcək.