Turistləri batmış “Titanik”in qalıqlarını görməyə aparan və itkin düşən "Titan" sualtı qayığında həlak olanlardan biri Pakistanın ən varlı şəxsi olub.
Axşam.az xəbər verir ki, 48 yaşlı Şahzadə Davud qayığa 19 yaşlı oğlu Süleymanla birlikdə minib. İtkin düşən ailə başçısının həyat yoldaşı Kristina və qızı Alina hər kəsdən onların təhlükəsizliyi üçün dua etməyi xahiş edib.
"Daily Mail"in məlumatına görə, Pakistanın ən varlı adamlarından biri və onun yeniyetmə oğlu bu səfərə hər biri 250 min dollar ödəyib.
Davudun sərvəti 8 milyard dollar dəyərində qiymətləndirilib. Kral III Çarlz hər zaman Davudu yaxın dostu kimi təqdim edib.
Qeyd edək ki, Davudun ailəsi Pakistanın ən zəngin ailələrindən biridir və Böyük Britaniya ilə sıx əlaqələri var. Ailə İngiltərənin Surrey adlı yerində malikanədə yaşayır. Şahzadə gübrə, qida və enerji istehsalı ilə məşğul olan "Engro Corporation" və kimyəvi maddələr istehsal edən "Dawood Hercules" korporasiyasının sədr müavinidir. Şahzadənin atası 79 yaşlı Hüseyn "Dawood Hercules Corporation"ın sədridir. O, Mumbayda anadan olub. Davud özü Pakistanda anadan olub, lakin Böyük Britaniyaya köçüb və burada Bukingem Universitetində hüquq təhsili alıb.
"Dawood Hercules" təşkilatının 2020-ci ilə olan ümumi kapitalı, mövcud məlumatlara görə, təxminən 800 milyon dollar olub. O, "Davud" fondu ilə bir çox xeyriyyəçilik işi görüb. 2020-ci ilin aprelində ölkədə pandemiya ilə mübarizə üçün 1 milyard Pakistan rupisi ianə verəcəyini vəd edən Hüseyn Davudun atası olub.
Qeyd edək ki, qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxıb. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais da yer alıb. Ötən gün ABŞ Sahil Mühafizəsi itkin düşən "Titan" batiskafının ekipajının öldüyünü təsdiqləyib.
