Övladları Alen Delonun tibb bacısını məhkəməyə verib

Övladları Alen Delonun tibb bacısını məhkəməyə verib
1400 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli fransalı aktyor Alen Delonun övladları məhkəməyə müraciət edib.

Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı aktyorun tibb bacısı Hiromi Rollandın atalarının səhhətində yaranan problemlərdən qaynaqlanan zəifliyindən sui-istifadə edərək onların ünsiyyətinə mane olmasıdır.

Bu barədə Alen Delonun böyük oğlu Entoni sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, tibb bacısı atasının yazışmalarına müdaxilə edir.

Məsələni şərh edən ailə vəkili iddia edib ki, Hiromi manipulyasiya və təhdidlər yolu ilə Alen Delonu ailə və dostlarından təcrid etməyə çalışır:

"O, sistematik olaraq aktyorun telefon zənglərinə və şəxsi mesajlarına nəzarət edir, onun yerinə cavab verir, görüşmələrinə maneələr törədir. Hətta o, aktyorun iti ilə də pis rəftar edir".

Aktyorun özünün də itinin 3 gündür yuvasında bağlı saxlandığından şikayət etdiyi bildirilib.

Kinoşünas Zinaida Pronçenko öz teleqram kanalında məsələni şərh edərək oğlunun iddialarına əsasən, Alen Delonun başına gələnləri bir vaxtlar həmkarı Jan Pol Belmondo da yaşadıqları qarşılaşdırıb.

Xatırladaq ki, 2021-ci ildə 88 yaşında dünyasını dəyişən Jan-Pol Belmondo 78 yaşında olarkən keçmiş model Barbara Qandolfi ilə münasibətdə olub. Mətbuatda modelin aktyorun zəifliyindən sui-istifadə etdiyi ilə bağlı yazılar dərc olunurdu.Aktyor bir il sonra onunla ayrıldığını açıqlamışdı.

Qeyd edək ki, bir müddət əvvəl A.Delon evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəldiyini açıqlayıb.