Tanınmış müğənni vəfat etdi

Tanınmış müğənni vəfat etdi
1398 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadalı müğənni-bəstəkar Martin Stivens (əsl adı Rocer Pryudom) vəfat edib.

Axşam.az xəbər veerir ki, ifaçı 69 yaşında  dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Martin 1978-ci ildə həmkarı Con Pol Yanqın "Love Is in the Air" istisna olmaqla fransız dilində mahnılardan ibarət debüt albomunu buraxıb. Mahnı ona 1979-cu ildə Juno Mükafatına "Ən yaxşı satılan sinqle" kateqoriyasında nominasiya qazandırıb.

O, "İlin kişi vokalisti" və "İlin diskoteka albomu" kateqoriyalarında "ADISQ" mükafatlarına namizəd olub.