Türkiyəli musiqiçi, aktyor Özkan Uğur vəfat edib.
Axşam.az xəbər verir ki, 3 aydır reanimasiyada müalicə olunan 69 yaşlı aktyor bu gün dünyasını dəyişib.
Qeyd edək ki, bir müddət əvvəl Ö.Uğurda 4-cü dəfə xərçəng xəstəliyi aşkarlanmışdı. O, "Cennet Mahallesi", "Şubat", "Türk malı" kimi ekran işlərində rol alıb.
Uğur məşhur "MFÖ" qrupunun üzvü olub.