Britni Spirs həqiqətən döyülüb? - Video

Britni Spirs həqiqətən döyülüb? - Video
911 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, amerikalı müğənni Britni Spirs fransalı basketbolçu Viktor Vembanyamanın mühafizəçisi tərəfindən şiddətə məruz qaldığını iddia etmişdi.

Axşam.az xəbər verir ki, Las-Veqas polisi məsələ ilə bağlı işi bağlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində müşahidə kameralarının görüntülərini nəzərdən keçiriblər. Bildirilib ki, mühafizəçisi onun əlini besketbolçunun çiynindən çəkdiyi zaman müğənni özü təsadüfən öz üzünə vurub.

Qeyd edək ki, Spirs idmançının pərəstişkarıdır və onunla birgə şəkil çəkdirmək istəyib. O, başketbolçuya yaxınlaşaraq arxadan ona toxunub. Bu zaman mühafizəçi müğənnini itələyib. Britni həmin şəxsi onu döyməkdə ittiham edərək polisə şikayət edib.

Vembanyamanın özü isə həmin an pop ulduzu tanımadığı desə də, baş verənlərə görə üzr istəməyib.

Qərarın ardından Spirs paylaşım edərək hələ də Vembanyama və onun cangüdənindən üzrxahlıq gözlədiyini vurğulayıb. O, həmçinin əllavə edib ki, pərəstişkarlarının illər ərzində onu təqib etmələrinə baxmayaraq, təhlükəsizlik komandası heç vaxt heç kimə hücum etməyib.