"Titan" sualtı qayığının qalıqları suyun altından çıxarıldıqdan sonra gəminin partlaması bir daha sübut edilib.
Axşam.az xəbər verir ki, araşdırma zamanı "OceanGate"in sahibinin həmişə öz ixtirasının texniki vəziyyətinə səhlənkar yanaşdığı ortaya çıxıb. Mütəxəssislər bildirib ki, şirkət qayıqda dünyasını dəyişənlərin ailəsinə kompensasiya ödəməlidir.
"OceanGate"in nə vaxtsa bərpa olunacağı isə şübhə altındadır. Bildirilib ki, "Titan" materialının gövdəsi pula qənaət etmək üçün vaxtı keçmiş materiallardan hazırlanıb. Bunun yanında isə dalış üçün sərnişinlərin hər birindən 250 min dollar alınıb.
Əlavə edilib ki, sualtı qayıq heç vaxt sertifikatlaşdırılmayıb.
Qeyd edək ki, "Titanik" gəmisini görməyə gedən "Titan" sualtı qayığı qəzaya uğrayıb və ekipajda olan beş nəfər dünyasını dəyişib. Qayıq iyunun 18-də, dalış başlayandan təxminən 1 saat 45 dəqiqə sonra yoxa çıxmışdı. Sualtı qayıqda britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq, “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais, Pakistanın ən varlı şəxslərindən olan 48 yaşlı Şahzadə Davud və 19 yaşlı oğlu Süleyman olub.