İyunun sonunda xəstəxanaya yerləşdirilən 64 yaşlı ulduz Madonna evə buraxılıb.
Axşam.az xəbər verir ki, ciddi bakterial infeksiyaya görə bir həftə reanimasiyada qalan ifaçı indi özünü yaxşı hiss edir. Sənətçi Nyu-Yorkda gəzintidə olarkən görüntülənib.
Teleaparıcı və jurnalist Lauren Konlin tərəfindən TikTok sosial şəbəkəsində görüntüləri yerləşdirilib. Müğənninin piyada keçidində dayanaraq dirəyə söykəndiyi görünüb. L.Konlinin sözlərinə görə, Madonna əla görünür.
Qeyd edək ki, Madonna evdə huşsuz vəziyyətdə tapıldıqdan sonra reanimasiyaya yerləşdirilib. Onun iyulun 15-də planlaşdırılan konserti təxirə salınıb.