Cennifer Lopez boşanır?

Cennifer Lopez boşanır?
3532 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir münasibətlərində problem yaşadıqları ilə diqqət çəkən məşhur cütlük Cennifer Lopez və Ben Affleklə bağlı növbəti iddia yaranıb.

Axşam.az xəbər verir ki, "Marca" nəşri ifaçının boşanma ehtimalı fonunda hərəkətə keçdiyini yazıb. Bildirilib ki, CeyLo bir neçə gündür vəkilləri ilə danışıq apararaq nikahdan əvvəlki razılaşmanı müzakirə edib. Sənəddə boşanma halında əmlakın necə bölüşdürüləcəyi əks olunub. 

Onun bu addımını Afflekin dəstəklədiyi və sənədi imzalamağa hazır olduğu vurğulanıb.

Qeyd edək ki, Lopezin sərvəti 400 milyon dollar, Afflekin isə 200 milyon dollar təşkil edir. Cütlük ötən il ailə qurub.