Meqan Diananın arzusunu gerçəkləşdirəcək

Meqan Diananın arzusunu gerçəkləşdirəcək
1293 dəfə oxunub
  • A-
  • A
  • A+

36 yaşında avtomobil qəzasında dünyasını dəyişən Şahzadə Diana həyat yoldaşı, Böyük Britaniya kralı III Çarlzdan ayrıldıqdan sonra Hollivud xəyalı qururdu.

Axşam.az xəbər verir ki, o, aktrisa olmaq arzusunda idi. O, boşanmadan sonra oğulları Harri və Uilyamla birlikdə ABŞ-yə köçməyi planlaşdırmışdı. Amma onun xəyalı gerçəkləşməyib. 

Diananın Hollivud xəyalı bu günlərdə yenidən gündəmə gəlib. Belə ki, onun heç görmədiyi gəlini Meqan Markl aktrisalığa başlamaq qərarı alıb. Şahzadə Harrinin xanımına dəvət gəlib. Bu dəvəti isə Markl müsbət qarşılayıb. Meqan hələ Harri ilə ailə qurmazdan əvvəl aktrisa kimi tanınırdı. 

Avstraliya mediasının yazdığına görə, "Bodyguard" filminin ikinci hissəsi lentə alınacaq. Həmin filmdə Meqan da çəkiləcək.