48 yaşlı Ancelina Coli bazar ertəsi keçmiş həyat yoldaşı, 59 yaşlı Bred Pittlə bağlı sənədləri məhkəməyə təqdim edib.
Axşam.az xəbər verir ki, sənədlər Fransadakı şərab biznesi ilə bağlı olub. Coli və Pittin 2011-ci ildə evli olarkən birlikdə aldıqları şərab zavodlarından gedir.
Pitt Colini biznesdəki payını sataraq, layihəni məhv etməklə hədələyib. Bundan sonra Coli məhkəməyə müraciət edib.
"Pitt şərabçı deyil, aktyordur. O, kir və üzümlə deyil, illüziyalarla məşğul olur" deyə Ancelina bildirib.
Şikayətdə həmçinin iddia edilir ki, Pitt səsyazma studiyasının təmiri də daxil olmaqla, mənasız layihələrə milyonlarla dollar qazanc xərcləyərək biznesi talayıb.
Qeyd edək ki, bundan əvvəl Coli Pitti fransız şərab zavodu "Chateau Miraval"a görə məhkəməyə verərək 250 milyon dollar istəyirdi.

