Qriqori Leps xanımına xəyanətindən danışdı

Qriqori Leps xanımına xəyanətindən danışdı
970 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Qriqori Leps həyat yoldaşı Anna Şaplıkovadan boşanmasından danışıb.

Axşam.az xəbər verir ki, 20 il evli qalan cütlüyün üç övladı var. Onların ayrılma xəbəri isə 2021-ci ilin sonunda gündəmə gəlib. Şayiələrə görə, boşanma səbəbi Lepsin xəyanəti olub. Müğənninin keçmiş həyat yoldaşı da ərinin xəyanəti və çoxlu yalanlarla üzləşdiyini deyib.

Lepsin sözlərinə görə, boşanmada günahkar odur və bu vəziyyətdən peşmandır:

"İnsanların düşündüyü düzdür. Birincisi, məni bağışlamayacaqlar. İkincisi, buna görə özümü heç vaxt bağışlamayacağam. Boşanma qaçılmaz idi, çünki əziz və sadiq bir insana xəyanət etmişəm. Boşanmaq təbii ki, faciədir. Həyat yoldaşımla münasibətlərimi saxlamağa çalışıram. Hələ də ünsiyyətdəyik, əla münasibətimiz var. Nə qədər ki, mən sağam, ailəmin yanında olacağam, onlara hər cür dəstək olacağam. Məndə olan və olacaq hər şey övladlarıma və keçmiş həyat yoldaşıma məxsusdur. 20 il ailəmə sədaqətlə xidmət etdim".