Başlamadan "Yanık ülke" serialının aktyor heyətində dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, ekran işində rol alacağı deyilən aktrisa Qonca Vuslateri layihədən imtina edib. Onun canlandırması planlaşdırılan "Fikriye" obrazı aktrisa Zeynep Köseyə həvalə olunub.
Qeyd edək ki, Qonca bundan əvvəl "Kraliçe" serialında rol almaqdan imtina etmişdi. Onun bu yaxınlarda yayımlanacaq "İki yabancı" adlı ekran işində isə yer alacağı bildirilib.
