"Hörümçək adam" zərərli vərdişindən belə qurtulub

"Hörümçək adam" zərərli vərdişindən belə qurtulub
1183 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hörümçək adam" filminin ulduzu, aktyor Tom Holland "On Purpose with Jay Shetty" verilişində qonaq olarkən alkoqol asılılğından danışıb.

Axşam.az xəbər verir ki, 27 yaşlı aktyor bunun həyatında problemlər yaratdığını etiraf edib::

"Düşünə bildiyim tək şey içki idi. Bu barədə düşünərək yuxudan oyanırdım. Bir gün saatımı yoxladım və bu, məni çox qorxutdu. Spirtli içkiyə aludə olduğumun fərqinə vardım. Özümü cəzalandırmaq qərarına gəldim. Dedim ki, əgər 2 ay fasilə verə bilsəm, heç bir problemimin olmadığını özümə sübut edə bilərəm. İki ay keçdi, mən isə mübarizəmə davam edirdim. Hiss edirdim ki, o qədər də enerjili ola və axşam yeməyinə gedə bilmirəm. Mənə çox çətin idi və spirtli içki ilə bağlı problemimdən narahat olmağa başladım".

Holland iyunun 1-i, ad gününə qədər alkoqol qəbul etməyəcəyi ilə bağlı qarşısına məqsəd qoyub. O, bundan sonra 6 aydır spirtli içki qəbul etmədiyini deyib:

"Daha yaxşı yatmağa başladım. Çəkiliş meydançasında baş verənlərə daha çox diqqət ayırıram. Daha yaxşı düşünür, özümü sağlam və fit hiss edirəm".

Qeyd edək ki, aktyor  həmkarı Zendaya (Zendaya Koulman) ilə sevgilidir. Cütlük "Hörümçək adam: Evdən uzaqda" filminin baş rollarını canlandırıb.