Çex əsilli fransız yazar Milan Kundera vəfat edib.
Axşam.az xəbər verir ki, yazar 94 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Milan "Zarafat", "Əlvida valsı", "Əhəmiyyətsizliyin təntənəsi", "Varlığın dözülməz yüngüllüyü", "Gülüş və unutqanlıq kitabı", "Ölməzlik" kitablarının müəllifidir. Onun "Varlığın dözülməz yüngüllüyü" kitabı əsasında Filip Kaufmanın rejissorluğu ilə lentə alınmış film "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.