Alperen türkiyəli naziri tənqid etdi

Alperen türkiyəli naziri tənqid etdi
759 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin milli təhsil naziri Yusuf Tekinin qızların təhsili ilə bağlı son açıqlaması birmənalı qarşılanmayıb.

Axşam.az xəbər verir ki, nazir valideynlərin narazılığı səbəbindən qızlar üçün ayrıca məktəblərin açıla biləcəyini deyib:

"Qızlarını məktəbə göndərməyən valideynlərin mübahisələrindən uşağımı oğlanlarla eyni məktəbə göndərmək istəmirəmdir. Valideyni razı salmaq üçün lazım gələrsə, qızlar üçün məktəblər açmağı da bacarmalıyıq".

Onun bu fikirləri Türkiyə seqmentində müzakirələrə səbəb olub. İrad bildirənlər arasında aktyor Alperen Duymaz da yer alıb. 

"Layiqli bir ölkədə yaşayırıq. Yaşayacağıq da. Bu necə açıqlamadır? Bu necə normal qarşılana bilər? Ağıla sıxmazdır" deyə, Alperen vurğulayıb.