Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Ufuk Özkan qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edib.
Axşam.az-ın məlumatına görə, aktyor xəstəliyi ilə bağlı ilk dəfə açıqlama yayıb.
"Bir müddətdir ki, qaraciyərimdə problemlər var. Orqan transplantasiyasına ehtiyac olduğu halda təbii ki, vəziyyətim mütəxəssis həkimlərin müşahidəsindədir və müayinələrim mütəmadi olaraq aparılır. İrəliləyə biləcək proseslərlə bağlı ilkin görüşlər keçirilir. Pərəstişkarlarımdan çoxlu mesajlar aldım və üzüldüm. Həyat bizi xəstəliklərlə yaşamağı öyrənməyə məcbur edir. Heç vaxt bunun işimə təsir etməsinə imkan verməmişəm. Allahın izni ilə bu gündən sonra belə bir fikrim yoxdur. İnşallah, tez bir zamanda yeni serial və filmlərlə qarşınıza çıxacağam. Sevgi və dua dolu mesajlarınız üçün təşəkkür edirəm".
Qeyd edək ki, son günlər xeyli çəki atması ilə diqqət çəkən Ufuk yanlış pəhriz səbəbindən immunitetində problem yarandığını açıqlamışdı. Digər iddialar arasında aktyorun 17 illik evliliyini sonlandırdıqdan sonra sirroz olmasıdır.
Ufuk ötən ilin avqustunda həyat yoldaşı Nazan Güneşdən boşanıb. İkilinin bir oğul övladı var. O, hazırda "Sağ salim, ölü, ya diri" filmində çəkilməyə hazırlaşır.