Spirtli içki aludəçisi olduğunu etiraf etdi

Spirtli içki aludəçisi olduğunu etiraf etdi
7874 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni MakSim spirtli içki asılılığından əziyyət çəkdiyini etiraf edib.

Axşam.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə açıqlama yayıb. O, artıq klinikaların birində müalicə aldığını bildirib:

"Hər şey Soçidə alınmayan konsertimlə başladı. Məkana gələndə yorğun idim, ayaqüstə dura bilmədim. Səhnəyə çıxmazdan əvvəl müalicə alırdım. Fikirləşdim ki, spirtli içki içsəm, səhnəyə çıxıb yaxşı çıxış edərəm. Bu vərdişim halına gəlmişdi və qəbul etmişdim. Ona görə də hərəkətə keçmək qərarına gəldim. Çünki bu mənim həyatım, hekayəm və oyunum deyil. Ona görə də indi klinikadayam. Ailəm mənə dəstək olur".