Aktyorun ölümündə təqsirli bilinən narkotacir həbs olundu

Aktyorun ölümündə təqsirli bilinən narkotacir həbs olundu
857 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı film ulduzu Maykl Kennet Uilyamsın ölümündə əli olduğu iddia edilən narkotik satıcısı Karlos Makçini həbs edilib.

Axşam.az xəbər verir ki, 72 yaşlı narkotacir 2,5 il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxs qanunsuz maddələrin saxlanması və yayılması, o cümlədən onları Uilyamsa satmaqda təqsirli bilinib. Karlos ona qarşı səsləndirilən iddialarda təqsirli olduğunu qəbul edib və buna görə üzr istəyib.

O, həbs olunmaqla yanaşı, şərti azadlığa buraxılacaq və narkoloji mərkəzdə stasionar müalicə olunacaq.

Qeyd edək ki, Uilyams 2021-ci il sentyabrında mənzilində ölü tapılıb. Onun ölümünə səbəb narkotik maddənin həddindən artıq dozada istifadə etməsi olub.