"Oppenheimer" filmində tarixi səhvə yol verildiyi aşkarlanıb.
Axşam.az xəbər verir ki, ekran işində yer alan səhnələrin birində - 1945-ci ildə Yaponiyada ilk atom silahından istifadə edilməsindən sonrakı kadrlarda insanların əllərində 50 ulduzlu Amerika bayrağı dalğalanıb. İzləyicilərin bir çoxu isə ulduzları sayıb. Onlar bununla bağlı paylaşımlar edərək, həmin dövrdə Alyaska və Havayın ştat olmaması səbəbində bayraqda 48 ulduzun əks olunması gərəkdiyini vurğulayıblar.
Qeyd edək ki, yayımlandığı gündə kassada rekord qıran filmin rejissoru Kristofer Nolandır. Ekran işinin baş rolunu isə aktyor Killian Mörfi canlandırıb.
