Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
5263 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur irlandiyalı müğənni Şineyd O'Konnor vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi 56 yaşında dünyasını dəyişib. 

Onun ölüm səbəbi isə açıqlanmayıb. 

Qeyd edək ki, "Nothing Compares 2 U" adlı hiti ilə məşhurlaşan müğənninin ötən il 17 yaşlı oğlu intihar etmişdi. Övladını itirən sənətçi daha sonra özünü öldürmək istəmişdi. Şineyd daha əvvəl də narkotik asılılığından əziyyət çəkdiyi vaxtlarda intihara əl atmışdı. O, 2018-ci ildə İslam dinini qəbul edib.