Məşhur filmlərin ssenaristi Bo Qoldman vəfat edib.
Axşam.az xəbər verir ki, ssenarist Kaliforniyadakı evində 90 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Qoldman Hollivudun ən məşhur ssenaristlərindən biri idi. O, "Biri Ququ yuvasının üstündən uçdu" (1975), "Qadın qoxusu" (1992) və "Melvin və Hovard" (1980) filmlərinin ssenari müəllifliyinə görə üç "Oskar" alıb. Bundan əlavə, Qoldman iki "BAFTA" mükafatına layiq görülüb. Ümumilikdə ssenaristin filmoqrafiyasına 15-dən çox layihə daxildir.