Coli ilə Pittdən qalmaqallı məhkəmə işi ilə bağlı gözlənilməz addım

Coli ilə Pittdən qalmaqallı məhkəmə işi ilə bağlı gözlənilməz addım
993 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli ilə keçmiş həyat yoldaşı, aktyor Bred Pitt arasında uzun illərdir davam edən məhkəmə işi ilə bağlı yenilik olub.

Axşam.az xəbər verir ki, ikili "Chateau Miraval" şərab zavodu ilə bağlı şikayətlərini sülh yolu ilə həll etmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Coli və Pitt 2008-ci ildə "Chateau Miraval" şərab zavodunu alıb və 2014-cü ildə orada evlənib. Şərab biznesi uğurlu olub və mənfəət 2013-cü ildəki 1 milyon avrodan 2022-ci ildə təxminən 15 milyon avroya yüksəlib. 2016-cı ildə cütlük boşandıqdan sonra ərazi üzərində məhkəmə çəkişmələri bu günə qədər uzanıb.

Qeyd edək ki, Coli bir müddət əvvəl məhkəməyə müraciət edərək Pitti səsyazma studiyasının təmiri də daxil olmaqla, mənasız layihələrə milyonlarla dollar xərcləməkdə, üzüm bağını ələ keçirib talan etməkdə  ittiham edib. Bundan başqa, rus milyarder Yuri Şefler aktyorun sözügedən davranışları səbəbindən satın aldığı “Nouvel” şərab zavodunu işlədə bilməməsindən şikayətçi olub.