Bu, "Emmi" tarixində ikinci dəfə baş verdi

Bu, "Emmi" tarixində ikinci dəfə baş verdi
614 dəfə oxunub
  • A-
  • A
  • A+

75-ci dəfə keçirilməsi planlaşdırılan "Emmi" mükafatının təqdimetmə mərasimi təxirə salınıb.

Axşam.az xəbər verir ki, buna səbəb Hollivudda aktyorları və ssenaristlərin tətil keçirmələridir.

Xatırladaq ki, mükafatlandırma mərasiminin sentyabrın 18-də keçirilməsi nəzərdə tutulurdu. Hazırda tədbirin nə vaxt baş tutacağı bəlli deyil. Bu, 2001-ci ildən bəri ilk dəfədir ki, baş verir. Bundan əvvəl "Emmi" mükafatlandırma tədbiri 11 sentyabr hücumlarından və Əfqanıstanda hərbi əməliyyatların başlamasından sonra daha gec bir tarixə təxirə salınnmışdı.

Qeyd edək ki, Ekran Aktyorları Gildiyası və Amerika Yazıçılar Gildiyası maaşların artırılmasını və film istehsalında süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb ediblər.