Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Dilan Çiçek Dəniz estetik etdirib.
Axşam.az-ın məlumatına görə, bu, aktrisaya baha başa gəlib. Belə ki, sosial media izləyiciləri tərəfindən uğursuz əməliyyat kimi qarşılanan bu dəyişiklik reklamvericilərin də gözündən yayınmayıb.
Bir müddət əvvəl Dilanla əməkdaşlığa başlayan zinət əşyaları şirkəti müqaviləni sonlandırıb. Marka aktrisanın əvəzinə həmkarı Hafsanur Sancaktutanla əməkdaşlıq etmək üçün razılığa gəlib.
Qeyd edək ki, Dilanın reklam çəkilişdən 500 min lirə (təxminən 31 min 572 manat) məvacib qazanacağı bildirilmişdi.