Vera Brejneva Kiyevə qayıtdı - Video

Vera Brejneva Kiyevə qayıtdı - Video
1095 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynalı estrada müğənnisi, aktrisa, teleaparıcı Vera Brejneva Ukraynada hərbi əməliyyatlar başlayandan sonra ilk dəfə Kiyevə qayıdıb.

Axşam.az xəbər verir ki, müğənni instaqramda yeni video yerləşdirib və orada Kiyev dəmir yolu vağzalına gəlişini, dostlarının onu qatarda qarşıladığını əks etdirib.

V.Brejneva videoya "Mənim günəşli Kiyevim, gözəl dostlarım, ən gözlənilən səfərim" sözlərini yazıb. 

Xatırladaq ki, hərbi əməliyyatlar başlayandan sonra Vera Brejneva Rusiya Federasiyasını tərk edərək Avropaya köçüb və orada Ukraynaya humanitar yardım mərkəzində könüllü kimi çalışıb.