"The eagles"ın qurucusu vəfat etdi

"The eagles"ın qurucusu vəfat etdi
532 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "The eagles" qrupunun qurucusu, əfsanəvi basçı və bek-vokalçı Rendi Meysner vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 77 yaşlı sənətçi xroniki obstruktiv ağciyər xəstəliyindən Los-Ancelesdə dünyasını dəyişib.

Qeyd edək ki, Meysner qrupu 1971-ci ildə Don Henley, Qlenn Fray və Bern Leadonla birlikdə qurub. "Desperado", "On the border", "One of these nights" və "Hotel California" albomlarına tövhə verən ifaçı 6 il sonra qrupdan ayrılıb.