"Threads" istifadəçilərinin yarıdan çoxunu itirdi

"Threads" istifadəçilərinin yarıdan çoxunu itirdi
668 dəfə oxunub
  • A-
  • A
  • A+

"Meta"nın yeni "Threads" sosial şəbəkəsi istifadəçilərinin yarıdan çoxunu itirib.

Axşam.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Hazırda istifadəçilərin sayı 50 milyondan azdır.

Nəşr qeyd edib ki, "Meta" şirkətinin rəhbəri Mark Zukerberq işçilərlə telefon danışığında əvvəlcə sosial şəbəkədə 100 milyondan çox insanın qeydiyyatdan keçdiyini, lakin onların yarıdan çoxunun sosial platformanı tərk etdiyini bildirib.

O, bu vəziyyəti normal kimi qiymətləndirib və əlavə edib ki, sosial şəbəkəyə yeni funksiyalar əlavə edildikdə istifadəçilərin sayı artacaq.

Qeyd edək ki, Zukerberqin tvitterə rəqib olan sosial şəbəkəni istifadəyə verməsindən 20 saat keçməmiş qeydiyyatdan keçənlərin sayı 30 milyona çatmışdı.