"Ceyms Bond" haqqında filmləri ilə tanınan 88 yaşlı Cudi Dençin səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, bu barədə aktrisa "The Mirror's Notebook" jurnalına müsahibəsində deyib. O, səhhətində yaranan problemlərə görə ssenariləri oxuya bilmədiyini açıqlayıb. Lakin Cudi buna baxmayaraq sənətinə davam etmək istədiyini vurğulayıb:
"Artıq çəkilişlərdə görə, ssenariləri oxuya bilmirəm. Qısa replikaları dostlarımla öyrənməyə çalışıram, lakin uzun olanda bu, çətindir. Təqaüdə çıxmaq istəmirəm, amma çox iş də görə bilmirəm. Bu, dəhşətdir".
Xəstəliyi səbəbindən Cudi evdə də problemlərlə üzləşir. Məsələn, o, nahar edərkən boşqabını görə bilmədiyi üçün yanındakılar ona kömək edir.
Qeyd edək ki, 2012-ci ildə Cudiyə yaşla bağlı makula degenerasiyası (sarı ləkə) diaqnozu qoyulub. O, bir neçə il əvvəl görmə qabiliyyəti pisləşdiyi üçün avtomobil idarə etməkdən imtina etmək məcburiyyətində qalıb.