Pitt "Formula 1"in çəkilişlərini dayandırdı

Pitt "Formula 1"in çəkilişlərini dayandırdı
666 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Bred Pitt "Formula 1" filminin çəkilişlərini dayandırıb.

Axşam.az xəbər verir ki, aktyor bu yolla Hollivudda davam edən tətillər səbəbi ilə həmkarlarını dəstəkləmək qərarı alıb.

Xatırladaq ki, ekran işinin çəkilişləri iyulun 30-da Qran Pri zamanı Belçikanın Spa-Frankorçamp dairəsində aparılmalı idi. Pitt yarış pilotu Sonni Hayesi canlandıracaqdı.

Qeyd edək ki, Ekran Aktyorları Gildiyası və Amerika Yazıçılar Gildiyası maaşların artırılmasını və film istehsalında süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb ediblər. Bu səbəbdən Hollivud aktyorları və ssenaristləri 1960-cı ildən bəri ilk dəfə birgə tətil keçiriblər. Bildirilib ki, onların bu addımı sektorda ciddi iqtisadi itkilərə səbəb olacaq.

Bundan əvvəl tətil elan edən 11 mindən çox ssenarist səbəbindən telekanallar ekran işlərini təkrar yayımlamaq məcburiyyətində qalıblar. Həmçinin bir çox film və serialın çəkilişləri dayandırılıb.

Daha əvvəl "Emmi"də 2001-ci ildən bəri ilk dəfə 75-ci dəfə keçirilməli olan mərasimi təxirə salıb.