Pikeni Şakiraya görə səhnədə fitə basdılar - Video

Pikeni Şakiraya görə səhnədə fitə basdılar  - Video
1170 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikeni Madriddəki gecə klubunda fitə basıblar.

Axşam.az xəbər verir ki, Kral Liqası turnirində çıxış etmək istəyən futbolçunun sözləri fit səsi ilə kəsilib və klubda olan qonaqlar Şakiranın mahnılarından oxumağa başlayıblar. 

Pike buna əsəsbiləşərək “Mən dünya çempionuyam, siz isə heç kimsiniz, öz işinizlə məşğul olun” deyə, bildirib.

Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.

Hazırda Pike ilə sevgili olan Klara Çiananın hamilə olduğu deyilir.

O, daha əvvəl də futbol meydançasında eyni halla qarşılaşıb. Bundan başqa, Pike yeni sevgilisi ilə restoranlardan birinə gedərkən içəri buraxılmayıb.