"Sağlamlığımla bağlı ağır günlər yaşadım"

"Sağlamlığımla bağlı ağır günlər yaşadım"
2103 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, iyunun sonunda xəstəxanaya yerləşdirilən 64 yaşlı müğənni Madonna artıq evə buraxılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, səhhəti ilə bağlı jurnalistlərə açıqlama verən sənətçi ağır günlər yaşadığını bildirib:

“Sağlamlığımla bağlı çox ağır günlər yaşadım. Artıq hər şey keçmişdə qaldığı üçün, ən əsas sağ olduğum üçün çox şanslıyam. Planlaşdırdığımız yeddi aylıq dünya turuna başlamalı idik. Təəssüf ki, gözlənilməz xəstəlik səbəbindən konsertlərin vaxtını dəyişməli olduq. Hazırkı planda turnenin Şimali Amerika mərhələsini təxirə salaraq, konsert səfərlərinə Avropadan başlamaq durur. Dünya turnesi çərçivəsində ilk Avropa konsertimizin oktyabrın 14-də Londonda keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Madonna ciddi bakterial infeksiyaya görə bir həftə reanimasiyada qalıb.