Birinci mövsümü qalmaqallarla yadda qalan "Kızılcık şerbeti"nin aktyor heyətinə daha bir ad qatılıb.
Axşam.az xəbər verir ki, ekran işinin ikinci mövsüm çəkilişləri avqustun 28-də başlayacaq, sentyabrın üçüncü həftəsində isə tamaşaçıların ixtiyarına veriləcək.
Aktyor Kayra Şenocak serialın aktyor heyətinə qatılıb. O, ekran işində iş adamı "Ertuğrul" obrazını canlandıracaq.
