"Disney+" şirkəti "Atatürk" serialını öz platformasında yayımlamamaq qərarına gəlib.
Axşam.az xəbər verir ki, Amerika Milli Erməni Komitəsi serialın ləğv edilməsini istəyib. Serialın kinoteatrlarda və "FOX TV"də film kimi nümayiş olunacağı bildirilib.
Serialın tanıtım çarxı 28 oktyabr 2022-ci ildə yutuba yerləşdirilib. 2,5 milyona yaxın baxış toplayan ekran işində yer alan kadrlar ermənilərin narazılığına səbəb olub.
"Disney+" son addımı ilə 29 oktyabr 2023-cü ildə yayımlanacağını açıqladığı "Atatürk" serialını platformasında yayımlamamağa qərar verib. 8 milyon dollar xərclənən istehsal 2 hissədə təqdim ediləcək. İlk film 29 oktyabrda televiziya xüsusi versiyası ilə FOX ekranlarında, 3 noyabrda isə kinoteatrlarda nümayiş ediləcək. İkinci film dekabrın 22-də kinoteatrlarda nümayiş olunacaq. 2024-cü ilin yayından etibarən hər iki film "FOX TV" ekranlarında efirə gedəcək.
Mehmet Ada Öztekinin rejissor kürsüsündə oturduğu "Atatürk"də Mustafa Kamal Atatürk obrazını Aras Bulut İynemli canlandırıb.
Amerika Erməni Milli Komitəsi "Disney+"ı serialı ləğv etməyə çağırıb və bu istiqamətdə “#CancelAtatürk” kampaniyasını təşkil edib.