II Elizabetlə bağlı tədbirlərə dəvət olunmur

II Elizabetlə bağlı tədbirlərə dəvət olunmur
681 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniya kral ailəsinin şahzadə Harri və xanımı Meqan Markl arasındakı qalmaqal bitmək bilmir.

Axşam.az xəbər verir ki, bu dəfə onun və ailəsinin II Elizabetin ölümünün ildönümü ilə bağlı tədbirlərə dəvət olunmadığı ortaya çıxıb. Bu haqda "The Sun" qəzeti məlumat yayıb.

Bildirilib ki, kral ailəsinin dəvət edilməyən üzvləri arasında Harri kimi pedofiliya qalmaqalından sonra mərasim vəzifələrini yerinə yetirməyi dayandıran York hersoqu Endryu da var.

Qeyd edək ki, Böyük Britaniya kralı III Çarlz kraliça Kamilla ilə birlikdə II Elizabetin ölümünün ildönümünü sentyabrın 8-də ailəsinin əhatəsində Şotlandiyanın Balmoral qəsrində keçirməyi planlaşdırır. Eyni zamanda, sentyabrın 9-da Harrinin rəsmi olaraq ziyarət etməli olduğu Düsseldorfda “Məğlubedilməz Oyunlar” adlanan oyun başlayacaq. İdman yarışları sentyabrın 9-dan 16-dək keçiriləcək.